Nəcəfi Elxan Şükür
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Nəcəfi Elxan Şükür

Ata adı: Şükür

🐣
Doğum — Ağdam Yusifcanlı kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı İkinci Fəxri Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nəcəfi Elxan Şükür  oğlu 1986-ci  il aprel ayının 14 -də Ağdam rayonu Yusifcanlı kəndində anadan olmuşdurElxan Nəcəfli orta təhsilini Bakı  şəhəri 196 saylı tam orta məktəbində almışdır. Orta təhsilini bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş və leytenant rütbəsi alaraq məzun olmuşdur. 

Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olmuşdur.

Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Nəcəfi Elxan Şükür oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Nəcəfi Elxan Şükür oğlu İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəcəfi Elxan Şükür oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” medalları və  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən, igid, mehriban, səmimi

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri 196 saylı tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana:Nəcəfi Afət Yusif qızı Həyat yoldaşı:Nəcəfi Əsmayə Əyyub qızı Oğlu:Nəcəfi Şükür Elxan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər