Nəcəfov Bəhruz Əli
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəcəfov Bəhruz Əli

Ata adı: Əli

🐣
Doğum — Neftçala İkinci Qaralı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Neftçala İkinci Qaralı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdurBəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdur.

2003-cü ildə Neftçala rayon Qaralı rayon kənd məktəbində 1-ci sinfə başlamışdır. 2011-ci ildə həmin məktəbin məzunu olmuşdur. Bəhruz 2011-ci ildə Oryad qəsəbəsində peşə məktəbində təhsilini davam etdirmişdir. 2013-cü ilin iyun ayında peşə məktəbini bitirmişdir. Bəhruz Nəcəfov 2013-cü ildə Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. 2016-cı ilin yanvar ayında isə hərbi xidmətini bitirmişdir. 29 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı hərbi səfərbərliyə çağırılaraq, müharibədə iştirak etmişdir. Bəhruz Nəcəfov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə vuruşaraq şəhid olmuşdur. 9 oktyabr 2020-ci ildə Neftçala rayon Qaralı kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Nəcəfov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bəhruz Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bəhruz Nəcəfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bəhruz Nəcəfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, əyləncəli, dostcanlı, mehriban, yaşından asılı olmayaraq hər kəsə hörmətlə və səbrlə yanaşan birisi idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayonu, İkinci Qaralı tam orta məktəb
İş Yeri Mebel sexi, usta
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəcəfov Əli Azad oğlu Qardaş: Nəcəfov Mənsum Əli oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər