Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Saleh
Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur.
Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. O, müharibə zamanı manqa komandiri vəzifəsində çalışmışdır. Elmin Nəcəfov 9 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə Ermənistan qüvvələri tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olmuşdur. O, 21 noyabrda anadan olduğu Neftçala rayonunun Həsənabad qəsəbəsində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Elmin Nəcəfov “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmin Nəcəfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, zəhmətkeş, ailəcanlı, ata və anasına dəyər verən bir övlad idi. Memar olmaq istəyirdi. Memar olmaq istəyinin yarımçıq qalma səbəbi, şəhidlik zirvəsinə ucalması oldu.
Ata: Nəcəfov Saleh Əlifağa oğlu Ana: Nəcəfova Səidə Lələş qızı Qardaş: Nəcəfov Taleh Saleh oğlu Qardaş: Nəcəfov Təhmin Saleh oğlu