Nəcəfov Etibar Mehman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəcəfov Etibar Mehman

Ata adı: Mehman

🐣
Doğum — Ağcabədi Aran kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Ağcabədi Taxta körpü kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir.

Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur. 

Azərbaycan Ordusunun əsgəri olan Etibar Nəvəfov 2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Etibar Nəcəfov “Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", “Qubadlının  azad olunmasına görə",  “Xocavəndin  azad olunmasına görə",  “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Etibar Nəcəfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Etibar mərd, vətənpərvər, xeyirxah insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Aran kənd 1 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəcəfov Mehman Əmir oğlu Ana: Nəcəfova Gülşən Əbdül qızı Qardaş: Nəcəfov Umudvar Mehman oğlu Qardaş: Nəcəfov Məhəbbət Mehman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər