Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fərman
Şəhid Nəcəfov Fərid Fərman oğlu 05.11.2001-ci ildə Ağsu rayonunda dünyaya gəlib.
Goranboy rayonu, Gülüstan kəndi istiqamətində döyüşüb. Nəcəfov Fərid oktyabrın 10-da Goranboy rayonu Gülüstan kəndi istiqamətində şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nəcəfov Fərid Fərman oğlu ölümündən sonra “Vətən uğrunda” "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü” medallarıyla təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nəcəfov Fərid Fərman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərd, səmimi, vətənpərvər, ailəcanlı, dostcanlı gənc olub.
Ata: Nəcəfov Fərman Azad oğlu Qardaşı: Nəcəfov Vüsal Fərman oğlu Bacı: Nəcəfova Ayişə Fərman qızı Bacı: Nəcəfova Aytac Fərman qızı