Nəcəfov İlkin Misir
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Nəcəfov İlkin Misir

Ata adı: Misir

🐣
Doğum — Salyan Şəkərli kəndi
🕊️
Şəhadət — Füzuli Hadrut
📍
Dəfn Olunduğu Yer Salyan Şəkərli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İlkin Nəcəfov 1989-cu il, noyabrın 17-də Salyan rayonu Şikarlı kəndində anadan olub. O, 2007-ci ildə orta məktəbi bitirib Heydər Əliyev adina Ali hərbi məktəbə daxil olub. Ilkin 2011-2012-ci illərdə leytenant kimi zabitləri təkmilləşdirmə kursunu uğurla bitirib və Tərtər rayonunda yerləşən N-saylı hərbi hissədə xidmət göstərib.

İlkin Nəcəfov Aprel döyüşlərində də iştirak edib. O, həmin döyüşlər zamanı Ağdamın Süsənli kəndi ətrafında gedən hərbi əməliyyatda iştirak edib. Elə həmin il 26 iyun Silahlı qüvvələrin yaranmasının ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nəaliyyətlərə görə Fəxri fərmanla təltif olunub.

Şəhid 2018-cil il 26 iyun “Azərbaycan ordusunun 100 illiyi yubiley Medalı” və Azərbaycan Respublikasına “Qüsursuz xidmətinə görə” 3-cü dərəcəli medalla təltif olunub.

2019-cu ildə ona “kapitan” rütbəsi verilib.

2020-ci il sentyabr ayının 27-i xidmət etdiyi hərbi hissədən cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən düyüşlərdə qəhrəmancasına iştirak edib. İlkinin ailəsi onun cəbhədə olmasından xəbərsiz olub. Anası ilə telefonla danışan zaman təlim keçdiyini bildirib. Döyüşlər zamanı düşmənin bir çox hərbi qulluqçusunu, o cümlədən, hərbi texnikasını məhv edib.

O, ən son əmisi oğlu ilə telefonla danışıb və bildirib ki, narahat olmasınlar, hər şey yaxşı olacaq.

Oktyabrın 14-də Hadrut istiqamətində gedən döyüşlərdə  qərəmancasına şəhid olub.

Şəhidin bir oğul övladı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müfaviq sərəncamları ilə İlkin Nəcəfov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunub

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Nəcəfov İlkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilətəltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, işgüzar, qayğıkeş bir insan kimi xatırlanır

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayonu Şəkərli kənd orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Nəcəfov Misir Nurəddin oğlu Ana: Nəcəfova Mehparə İsimxan qızı Qardaş: Nəcəfov Şahmar Misir oğlu Həyat yoldaşı: Nəcəfova Mirsələmə Həsənağa qızı Oğlu: Nəcəfli Ömər İlkin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər