Nəcəfov Şamil Rəfi
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəcəfov Şamil Rəfi

Ata adı: Rəfi

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Abşeron Saray qəsəbə qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şamil Nəcəfov 4 fevral 1997-ci ildə Sumqayıt şəhərində Rəfi Nəcəfovun və Gülşən Nəcəfovanın ailəsində anadan olmuşdur. Əslən Yardımlı rayonundandır, Abşeron rayonunun Saray qəsəbəsində yaşamışdır. 2003-2014-cü illərdə orta təhsil almışdır. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsində təhsil almışdır. 2018-ci ildə bakalavrı bitirərək, magistratura təhsilinə başlamışdır. 2020-ci ildə "Turizm iqtisadiyyatı" üzrə magistr dərəcəsini almışdır. Subay idi.
Şamil Nəcəfov 14 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Şamil Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şamil Nəcəfov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şamil Nəcəfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, sakit təbiətli, mehriban, bacarıqlı insan oldub

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhəri 34 saylı orta məktəb
Ali Təhsil Bakı Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəcəfov Rəfi Dədəbək oğlu Ana: Qazarxanova Gülşən Seviyar qızı Qardaş: Nəcəfov Emil Rəfi oğlu oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər