Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Aydın
Vüqar Nəcəfov 1988-ci il avqustun 10-da Ordubad rayonunun Dırnıs kəndində anadan olub. İki bacının tək qardaşı idi . Uşaqlıqdan hərbiyə həvəsi olub 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.
Azərbaycan Ordusunun kapitanı Vüqar Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı mübarizə aparıb. Vüqar Nəcəfov oktyabrın 2-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Prezident İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Vüqar Nəcəfov, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Şəhid Vüqar Nəcəfovun şəxsi əşyaları muzeyin əməkdaşı Esmira Rəhimova vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Mərd, qorxmaz, ailəsinə bağlı insan idi.
Ata: Nəcəfov Aydın Həyat yoldaşı: Nəcəfova Sara Qızı: Nəcəfova İnci Oğlu: Nəcəfov Aydın