Nəciyev Xalid Qabil
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Nəciyev Xalid Qabil

Ata adı: Qabil

🐣
Doğum — Saatlı
🕊️
Şəhadət — Laçın Səfiyan kəndi
📍
Dəfn Olunduğu Yer Saatlı Rayon qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub.1998–2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı.
Xalid Nəciyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "III dərəcəli Rəşadət" ordeni  ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Xalid Nəciyev  “Qubadlının azad olunmasına görə” medalı ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Döyüş yoldaşlarının dediklərinə əsasən bir zabit kimi çox qayğıkeş, cəsur, diqqətli komandir olub. Coğrafiyaya olan marağı onun dünyagörüşünə də çox təsir etmişdir. Onu tanıyanların xatirəsində böyük çoxluq onu onu dürüst, savadlı, mədəni , öz istəyinə çatmaq üçün əzmkar, vətənpərvər ən əsası isə gözəl insan kimi xatırlayacaq.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb S.Vurğun adına 1 saylı tam orta məktəbi
Ali Təhsil Gəncə Dövlət Universiteti
İş Yeri Təhsil Nazirliyi İctimaiyyət ilə əlaqələr şöbəsi üzrə təyin olunmuş nümayəndə
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəciyev Qabil Ağaverdi oğlu Ana: Nəciyeva Əzizgül Qaraxan qızı Qardaş: Nəciyev Elçin Qabil oğlu Bacı: Nəciyeva Aygün Qabil qız Bacı: Ocaqova Günay Qabil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər