Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ocaqdurdu
Murad Nefesov 9 fevral 2001-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2008-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Murad Nefesov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Nefesov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 9 noyabr 2020-ci ildə Masallı şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Nefesov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Nefesov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Murad Nefesov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Sakit kimsəylə işi olmazdı, məktəb vaxtlarından işləyib evi dolandırıb, zəhmətkeş uşaq olub
Ana: Novruzova Gülarə Ağahüseyn qızı Bacı: Nəfəsova Annagözəl Ocaqdurdu qızı Bacı: Nəfəsova Maral Ocaqdurdu qızı