Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Ehtiqad
Ceyhun Nəhmətov 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır.
2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur.
2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv eləmişdir. 8 Noyabr 2020 ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "3-cü dərəcəli Vətənə Xidmətə Görə" Ordeni ilə "Vətən Uğrunda" Medalı ilə "Zəngilanın alınmasına görə" Medalı ilə təltif olunmuşdur. Şəhidimiz nişanlı idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Nəhmətov “Cəbrayılın azad olunmasına görə” medalı ilə tətif edilib.
Şəhid 2020-ci ildə II Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Döyüş yoldaşlarının dediyinə əsasən gözündə qorxu olmayıb. Verilən istənilən tapşırığa hər kəsdən qabaqda gedib. Murov yüksəkliyinin alınmasında çox böyük rolu olub. Bölük komandiri olmağına baxmayaraq döyüşdə bölüyündən öndə gedib. Hər kəsdən öndə döyüşüb. Ən çətin yerlərə belə “Mən alaram” deyib. Bölüyünü həmişə yüksək ruhda saxlayıb.
Ata: Nəhmətov Ehtiqad Sirac oğlu Qardaş: Nəhmətov Elnur Ehtiqad oğlu