Nəsibov Elməddin Süleyman
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Nəsibov Elməddin Süleyman

Ata adı: Süleyman

🐣
Doğum — Tovuz Tovuz şəhəri
🕊️
Şəhadət — Laçın Cicimli kəndi
📍
Dəfn Olunduğu Yer Tovuz Tovuz şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nəsibov Elməddin Süleyman oğlu 1989-cu ildə Tovuz şəhərində anadan olmuşdur. 1996-cı ildə Tovuz şəhər N.Tusi adına tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

O, 2007-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 2011-ci ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. 2012-ci ildə hərbi xidmətini başa vurmuşdur.

Elməddin Nəsibov 2013-cü ilin dekabrından 2015-ci ilin iyul ayınadək FHN-nin Mühafizə idarəsində Bölük komandiri vəzifəsində çalışmışdır. 2017-ci ildən isə DSX-nin Qusar rayonu Samur Keçid Məntəqəsində nəzarətçi, 2020-ci ilin yanvar ayından isə DSX-nin Horadiz Sərhəd Dəstəsində Bölük komandirinin müavini, sonra isə Bölük komandiri vəzifəsinə irəli çəkilmişdir. 27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsi dövründə iştirak etmişdir. Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrundə gedən döyüşlərdə rəşadətlə iştirak etmişdir. 2021-ci il 16 iyun tarixində Laçın rayonunun Cicimli kəndində hərbi tapşırığı yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəsibov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəsibov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəsibov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, sakit, mehriban, cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tovuz rayon Nəsrəddin Tusi adına tam orta məktəb
Ali Təhsil Azərbaycan Texnalogiya Universiteti
İş Yeri Azərbaycan Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Nəsibov Süleyman Həmid oğlu Ana: Əliyeva Məleykə əbülfət qızı Nənə: Nəsibova Fatma Qoca qızı Bacı: Nəsibova Gülnaz Süleyman qızı Həyat yoldaşı: Nəsibova Gülnar Rasim qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər