Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əfqan
Nəsibov Hüseyn Əfqan oğlu 07 noyabr 2004 -cü ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Mahir Dosiyev adına 2 saylı Qızılhacılı qəsəbə məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Nəsibov Hüseyn Əfqan oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsibov Hüseyn Əfqan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhid əsgər Nəsibov Hüseyn Goranboy rayonu Balakürd kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Mərd, cəsur, səmimi, qorxusuz
Ata: Nəsibov Əfqan Hüseyn oğlu Ana: Haqverdiyeva Pərvanə Rəsul qızı Bacı: Cəlilova Könül Əfqan qızı Qardaş: Nəsibov Nurlan Əfqan oğlu