Nəsibov Kənan Cəbrayıl
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəsibov Kənan Cəbrayıl

Ata adı: Cəbrayıl

🐣
Doğum — Tovuz Əsrik Cırdaxan kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Tovuz Əsrik Cırdaxan kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kənan Nəsibov 20 aprel 1999-cu ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə orta təhsil almışdır. Subay idi.
Kənan Nəsibov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Öz istəyi ilə Tovuz rayonundakı xidmət yerini dəyişərək Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində xidmətini davam etdirirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu və snayper olaraq iştirak edən Kənan Nəsibov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi yaşadığı evə gətirilərək doğulduğu Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilmişdir. Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kənan Nəsibov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz döyüşçü olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tovuz rayon Məstan Əliyev adına Əsrik Cırdaxan kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəsibov Cəbrayıl Əli oğlu Ana: Nəsibova Fəzarə Abbasəli qızı Bacı: Nəsibova Sima Cəbrayıl qızı Qardaş: Nəsibov Bayram Cəbrayıl oğlu Qardaş: Nəsibov Bəybala Cəbrayıl oğlu Qardaş: Nəsibov Elçin Cəbrayıl oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər