Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Nəriman
Nicat Nəsibov 1986-cı ilin 9 may tarixində Azərbaycan SSR-nin Goranboy rayonunun Borsunlu kəndində anadan olub. 1993-cü ildə Goranboy rayonu Borsunlu kənd orta məktəbində təhsil almağa başlayıb və 2003-cü ildə həmin məktəbdən məzun olub. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə yenidən ordu sıralarına qayıtmış, bu səfər MAXE hərbi qulluqçusu kimi xidmətinə davam etmişdir.
Nicat Nəsibov 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsi müharibəsində ilk günlərdən etibarən iştirak etmişdir. MAXE hərbi qulluqçu Nəsibov Füzuli şəhərinin azad edilməsi uğrunda keçirilən Füzuli əməliyyatının gedişatında baş verən şiddətli döyüşlərdə, 30 sentyabr tarixində şəhid olmuşdur.
2020-ci ilin 1 oktyabr tarixində Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində yerləşən kənd məzarlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nicat Nəsibov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mərd, cəsr insan idi.
Ana: Allahverdiyeva İradə Lətif qızı Qardaş: Nəsibov Niyaməddin Nəriman oğlu Qardaş: Nəsibov Vüqar Nəriman oğlu Qardaş: Nəsibov Elməddin Nəriman oğlu Qardaş: Nəsibov Kamran Nəriman oğlu Bacı: Nəsibova Tahirə Nəriman qızı