Nəsirov Elmir Zülfü
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəsirov Elmir Zülfü

Ata adı: Zülfü

🐣
Doğum — Füzuli Əhmədbəyli kəndi
🕊️
Şəhadət — Füzuli Yuxarı Əbdürrəhmanlı
📍
Dəfn Olunduğu Yer Füzuli Əhmədbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib. 
Ailəli idi, iki qız övladı var.
2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub.

2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulmuşdur.

Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış Vətən müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzuli əməliyyatının və Vətən müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Kiçik çavuşun nəəşini 31 gün sonra 28 oktyabr tarixində qarşı tərəfdən götürmək mümkün olmuşdur. Şəhid Elmir Nəsirov Füzuli rayonunun Əhmədbəyli kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  sərəncamlarına əsasən Elmir Nəsirov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmir Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Tanıyanlar onu mərd, igid, vətənpərvər, sakit təbiətli, ailəcanlı və yüksək insani keyfiyətlərə malik olduğun bildirirlər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Füzuli rayon, Məhəmməd Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Nəsirov Zülfü Nəsir oğlu Ana: Nəsirova Gövhər İsa qızı Həyat yoldaşı: Nəsirova İlkanə Kahin qızı Qızı: Nəsirova Aydan Elmir qızı Qızı: Nəsirova Nur Elmir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər