Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Arzuman
İlyas Nəsirov 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad kəndində anadan olub. Əslən Cəbrayıl rayonu Süleymanlı kəndindəndir.
İlyas Nəsirov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İlyas Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İlyas Nəsirov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi
Sakit, səbirli, ailəcanlı. İlyas Nəsirov 2016-ci il Aprel döyüşlərin iştirakçısı olmuşdur.
Ata: Rəhimov Arzuman Nəsir oğlu Ana: Mayılova Sona Sadıq qızı Qardaş: Rəhimov Ceyhun Arzuman oğlu Bacı: Süleymanova Ceyhunə Arzuman qızı Bacı: Rəhimova Əfsanə Arzuman qızı Həyat yoldaşı: Əliyeva Aytəkin Məhəmməd qızı Qızı: Nəsirli Ziba İlyas qızı Oğlu: Nəsirli Ömər İlyas oğlu Oğlu: Nəsirli Arzuman İlyas oğlu