Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əjdər
Müşfiq Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayon Suxtakələ kəndində anadan olmusdur.
Müşfiq Nəsirov 2008-ci ilda Quba rayon Suxtakələ kənd ümumi orta məktəbində gedib. Məktəb vaxtlarindan hərbiyə böyük marağı olan Müşfiq Nəsirovun böyüyəndə ən böyük arzularindan biri hərbiçi olmaq idi.
Ailənin ən kiçik övladı olan Müşfiq məktəbi bitirdikdən sonra Azarbaycan Dövlət Pedoqoji Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisasi üzrə birinci kursuna daxil olur.
O, 1 oktyabr 2020-ci ilde müharibə şəraitində hərbi xidmətə yollanır. Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orada qalıb hərbiçi olacağından bəhs edirdi.
Daim vətənin keşiyinda durmaq eşqiylə yanan Müşfiq Nəsirov 21 dekabr 2021-ci ildə komandirinin döyüş taminati ila bağlı tapşırığını icra edərkən qəhramancasına şəhadətə yüksəlir.
22 dekabr 2021-ci ildə şəhid Müşfiq Nəsirov böyüyüb boya-başa çatdığı doğma kəndində dəfn edilir.
Mərd, cəsur,vətənpərvər insan idi.
Ata: Nəsirov Əjdər Nüsrəddin oğlu Ana: Nəsirova Çiçək Qüdrət qızı Bacı: Nəsirova Röyalə Əjdər qızı Bacı: Nəsirov Jalə Əjdər qızı Qardaş: Nəsirov Əyyub Əjdər oğlu