Nəsirov Nahid Əlizamin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəsirov Nahid Əlizamin

Ata adı: Əlizamin

🐣
Doğum — Saatlı
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Şuşa Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Xocavənd ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nahid Əlizamin oğlu Nəsirov 11 dekabr 1995-ci ildə Saatlı rayonu Ağarəhimli kəndində anadan olmuşdur. 2001-ci ildə C.Cabbarli adına Ağarəhimli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, orta məktəbi başa vurduqdan sonra, 2011-2015-ci illərdə Şirvan şəhər Humanitar və İqtisadiyyat Kollecində təhsil almışdır. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Saatlı rayonu Qıraqlı kənd orta məktəbində müəllim işləmişdir.
Hərbi xidmətdə olarkən 2016-ci il Aprel döyüşlərində fəal iştirak etmiş, göstərdiyi şücaətə gorə komandanlıq tərəfindən mükafata layiq görülmüşdür. 2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur. 2020-ci il, Vətən müharibəsi zamani hərbi xidmətə çağırılmış, Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı xeyli sayda erməni məhv edib. Şəhid olacağını hiss edən Nahid saatını qolundan açır və “bunu qardaşım Yusifə verərsiz” deyib döyüşə atılır.

8 Noyabr Şuşa uğrunda gedən döyüşlərdə düşmənin atdığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. 10 Noyabr 2020-ci ildə Saatlı şəhərində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nahid Əlizamin oğlu Nəsirov  ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nahid Əlizamin oğlu Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Nahid ailəsinin və yoldaşlarının sevimlisi olub. Çox səmimi, şən, gülərüz, fiziki cəhətdən çox sağlam olub. Uşaqlığından təhsilə və idmana xüsusi meyli olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu C. Cabbarlı adına 3 nömrəli orta məktəb
İş Yeri A. Mustafayev adına tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəsirov Əlizamin Muxtar oğlu Ana: Nəsirova Cəmilə Əliqulu qızı Qardaş: Nəsirov Yusif Əlizamin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər