Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əsədulla
Ülvi Nəsirov 2000-ci il mayın 15-də Saatlı rayonunun Qaranuru kəndində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələrində kiçik gizir kimi xidmətini davam etdirib. Vətən müharibəsi iştirakçısı olan Ülvi Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə də qəhrəmanlığı ilə fərqlənib
Azərbaycan Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələrinin kiçik giziri Ülvi Nəsirov 13 sentyabr 2022-ci ildə Zəngilan rayonunda Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Saatlı rayonun Qara Nuru kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ülvi Nəsirov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ülvi Nəsirov “Azərbaycan bayrağı” ordeni ilə tətif edilib.
Evin kiçik oğlu olub, uşaqlıqdan mehriban, gülərüz xasiyyəti ilə fərqlənirdi. Uşaqkən idmana marağı olub, həmçinin kinboks idman növü ilə də məşğul olurdu. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti davam edərkən kiçik gizir kimi işləmək üçün müraciət etmişdir. Hərbi xidməti bitirdikdən sonra kurslara cəlb olunmuş və kiçik gizir kimi fəaliyyətə başlamışdır. Həmçinin bir müddət sonra kiçik gizir kimi qardaşı da Dövlət Sərhəd Xidmətinin sıralarına qoşulmuşdur. Həmçinin Vətən müharibəsində öz fəaliyyəti ilə fərqlənmiş, medallar ilə təltif olunmuşdur. Öz hərbiçi yoldaşları ilə də münasibəti yaxşı olub. Sentyabrın 9-u tarixində qardaşı ilə birlikdə birgünlük məzuniyyətə gəlmişdirlər. Sonuncu dəfə qohumlar, dostları ilə həmin tarixdə görüşüb. Sonuncu dəfə kəndə gələndə şəhid olacağı təqdirdə məktəbin qarşınıda yer göstərib “mənim şəklimi ora vurarsınız, üstünü də örtərsiniz ki yağış vurmasın” demişdir. Düşmən qüvvələrinin növbəti təxribatının qarşısını alarkən sentyabrıın 13-ü tarixində şəhadətə ucalmışdır. Bu döyüşlərdə də öz xüsusi bacarıqları ilə fərqlənməsilə seçilirdi.
Ata: Nəsirov Əsədulla Mansur oğlu Ana: Nəsirova Təranə Tapdıq qızı Qardaş: Nəsirov Əhliman Əsədulla oğlu