Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Azər
Ayaz Azər oğlu Nəzərov 16 iyun 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub. Ayaz Nəzərov ailənin 2-ci oğludur.
Ayaz Nəzərov iki il altı ay idi Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışırdı.
Ermənistan Silahlı Qüvvələrinin yanvarın 11-də Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Onun nəşi yanvarın 12-də doğulub boya başa çatdığı Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.
Mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Ayaz Nəzərov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ayaz Nəzərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İstiqanlı, dostcanlı, vətənpərvər, cəsur insan idi.
Ata : Nəzərov Azər Mamed oğlu Ana: Tanırverdiyeva Sima Məhərrəm qızı Qardaş: Həsənov Məftun Etibar oğlu