Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Zahir
Nəzərov Emin Zahir oğlu 20 fevral 1992-ci il tarixində Salyan rayon 2-ci Varlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Emin Nəzərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 30 sentyabr 2020-ci il tarixində Kəlbəcər rayonu istiqamətində şərti adı “Üçtəpələr” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Emin Nəzərov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Emin Nəzərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd və cəsur insan olub.
Ata: Nəzərov Zahir Balaxan oğlu Ana: Nəzərova Narınc Cəfərqulu qızı Qardaşı: Nəzərov Elvin Zahir oğlu Həyat yoldaşı: Nəzərova Aysel Adil qızı Oğlu: Nəzərov Uğur Emin oğlu Qızı: Nəzərova Nur Emin qızı