namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Eldəniz
Novruz Niftalıyev 2004-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində Eldəniz Niftalıyevin ailəsində anadan olmuşdur. 2010-2021-ci illərdə orta təhsil almışdır. Orta təhsil aldığı zaman 2013-cü ildə "Qəbələ" İdman Klubunun cüdo bölməsinin üzvü olaraq fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilə qədər üzvü olduğu klubun tərkibində dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşdur. Subay idi.
Novruz Niftalıyev 2022-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər rayonunun Talış kəndində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmətə başlamışdır.
Novruz Niftalıyev 2 aprel 2023-cü ildə Tərtər rayonunun Talış kəndində hərbi xidmət edərkən erməni hərbi birləşmələrinin basdırdığı minaya düşmüşdür. Ağır vəziyyətdə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Novruz Niftalıyev bir müddət sonra aldığı yaralardan şəhid olmuşdur. Həmin gün nəşi evinə gətirilərək doğulduğu Qəbələ rayonunun Nohurqışlaq kəndində dəfn edilmişdir.
Zarafatcıl, gülərüz, idmana həvəsi olub.
Ata: Niftalıyev Eldəniz Niyazı oğlu Ana: Niftalıyeva Aynurə Yavər qızı Qardaş: Niftalıyev Nihad Eldəniz oğlu