Niftəliyev Ceyhun Bahadur
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Niftəliyev Ceyhun Bahadur

Ata adı: Bahadur

🐣
Doğum — Basarkeçər Böyük Məzrə kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Göygöl Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ceyhun Niftəliyev 1972-ci il noyabrın 5-də Göyçə mahalında anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Niftəliyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ceyhun Bahadur oğlu Niftəliyev 1972-ci ildə Qərbi Azərbaycanın dilbər guşələrindən birində Göyçə mahalında dünyaya göz açıb. Yeniyetməliyi, bir gənc kimi formalaşan vaxtları ermənilərin xalqımıza qarşı növbəti amansız təqibinin başladığı vaxta düşüb. Doğma torpaqlarında növbəti köçə sürüklənən soydaşlarımızın başlarına gətirilənlər yenitmə Ceyhunun qəlbində nifrət hissi və qisas yanğısını alovlandırıb. Ceyhun Niftəliyev ali təhsil alarkən ehtiyat zabit kimi ixtisaslaşmışdır. Xidməti borcunu yerinə yetirmişdi, lakin vətənin azadlığı uğrunda döyüşə atılmaq üçün məqamın yetişəcəyi günü səbirsizliklə gözləyirdi. Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşə qatıldı. Ceyhunun yeganə bir məqsədi bu idi ki, torpaqlarımızı düşmən tapdağından azad edək. Müharibənin ilk günlərindən bərabər döyüşə atıldığı silahdaşları arasında da öz yetirmələri var idi. Onlarla bərabər Murovdağ istiqamətində strateji yüksəklik uğrunda gedən döyüşlərdə birlikdə şəhadətə ucaldılar.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl şəhəri 2 saylı tam orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Aqrar Universiteti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Niftəliyev Bahadur Allahverən oğlu Həyat yoldaşı: Niftəliyeva Nüranə Məzahir qızı Oğlu: Niftəliyev Nihad Ceyhun oğlu Qızı: Nifətliyeva Ayan Ceyhun qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər