Niftəliyev Ümüd Oruc
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Niftəliyev Ümüd Oruc

Ata adı: Oruc

🐣
Doğum — Babək Araz kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Babək Nehrəm kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Niftəliyev Ümüd Oruc oğlu 20 oktyabr 1998-ci ildə Babək rayonu Araz kəndində anadan olmuşdur. Orta təhsilini Heydər Əliyev adına Hərbi liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ümüd Niftəliyev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması  zamanı 16 noyabr 2021-ci il tarixində şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Niftəliyev Ümüd Oruc oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” və 3-cü dərəcəli “Rəşadət”  ordeni ilə təltif edilmişdir.  

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, gülərüz insan idi. Ailəcanlı, vətəninə bağlı biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına Hərbi Lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Niftəliyev Oruc Mirzəmməd oğlu Ana: Əmraliyev Fizzə Əmralı qızı Qardaş: Niftəliyev Sərxan Oruc oğlu Bacı: Nİftəliyeva İlkanə Oruc qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər