Noçuyev Surxay Əbdul
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Noçuyev Surxay Əbdul

Ata adı: Əbdul

🐣
Doğum — Zəngilan Məmmədbəyli kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Şuşa ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003-2006-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.

"Kapitan" hərbi rütbəsinədək yüksəlib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Şəhidlər Xiyabanında dəfn olunub.

Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" medalları ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra), "Vətən uğrunda" medalı (ölümündən sonra), "Qubadlının azad olunmasına görə" (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" (ölümündən sonra), "Şuşanın azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində mərkəzi küçəyə Surxay Noçuyevin adı verilib.

Zəngilan şəhər, 1 saylı tam orta məktəbə Surxay Noçuyevin adı verilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Çevik qərar qəbul etmək qabiliyyəti, şəxsi heyəti qorumaqla yüksək döyüş qabiliyyəti vardı. Sərt baxışlı, şəxsi heyətini sevən biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb C. Naxçıvanski adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Noçuyeva Lalə Teymurşah qızı Oğlu: Noçuyev Uğur Surxay oğlu Qızı: Noçuyeva Fidan Surxay qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər