Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elxan
Orxan Novruzəlizadə 10 dekabr 1998-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində Elxan Novruzəliyevin və Mətanət Əliyevanın ailəsində anadan olmuşdur. 2004–2015-ci illərdə şəhid Habil Əzizov adına Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbində orta təhsil almışdır. Subay idi.
Orxan Novruzəlizadə 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında sıravi olaraq hərbi xidmətə başlamışdır. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ildə Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kursunu bitirən Orxan Novruzəlizadə yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Novruzəlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Novruzəlizadə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən müharibəsində iştirakına görə Orxan Novruzəlizadə baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
Orxan Novruzəlizadə Vətən müharibəsindən sonra müharibədə iştirakına görə bir neçə medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdi. Kəlbəcər rayonu ərazisində, Azərbaycan-Ermənistan sərhədi istiqamətində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətinə davam edirdi.
11 may 2023-cü ildə səhər saatlarından etibarən erməni hərbi birləşmələri Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutmuşdur və nəticədə, Azərbaycan-Ermənistan sərhədində qarşıdurma başlamışdır. Sərhəddə erməni hərbi birləşmələri tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Orxan Novruzəlizadə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Orxan Novruzəlizadənin nəşi evinə gətirilərək 12 may 2023-cü ildə doğulduğu Ağstafa rayonunun Vurğun qəsəbəsində torpağa tapşırılmışdır. Dəfn mərasimində Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Orxan Novruzəlizadənin hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Orxan Novruzəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Novruzəliyev Elxan Fərman oğlu Ana: Əliyeva Mətanət Novruz qızı Bacı: Cabbarova Tuyqunə Elxan oğlu Bacı: Novruzəlizadə Bülbül Elxan qızı Qardaş: Novruzəlizadə Qalib Elxan oğlu