Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Bəhram
Allahverdi Bəhram oğlu Novruzov 1994-cü ildə Salyan şəhərində anadan olub.
Allahverdi ibtidai təhsilini yaşadıqları "Plastik” yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olunub. O, 2017-2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib. Hərbi xidmət zamanı kəşfiyyatçı bacarığına yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra işə düzəlir.
"Etalon security” MMC özəl mühafizə agentliyinin ARDNIŞ-in "Nərimanovneft” NQÇİ-dəki xidmət qurumunda mühafizəçi işləyib. Özünün səmimiliyi ilə iş yerində təmasda olduğu bütün insanların dərin hörmətini qazanmışdı. Məhz mehribanlığına və mərdliyinə görə Allahverdi Salyan rayonunda yaşıdları arasında ən hörmətli gənclərdən biri idi.
Allahverdi 2020-ci ilin sentyabrında səfərbərlik elan olunarkən, ayın 21-də yenidən könüllü şəkildə orduya qayıdıb. Elə ilk gündən hərbi təlimlərdə iştirak edib. O, müharibə başlayan ilk gündən Füzuli uğrunda gedən döyüşlərin önündə olub. Lakin, xain düşmənin atdığı mərmi yaxınlığına düşdüyündən şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Allahverdi Bəhram oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, xeyrixah, qayğıkeş insan olub.
Ata: Novruzov Bəhram Allahverdi oğlu Ana: Novruzova Məlahət Musa qızı