Novruzov Aqşin Şahin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Novruzov Aqşin Şahin

Ata adı: Şahin

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Aqşin Novruzov Texniki Humanitar liseyin şagirdi idi. Vəfatından sonra həmin liseyə Aqşin Novruzovun adı verilmişdir. Aqşin Novruzov Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümdən sonra 3 medal tərtif edilib.
Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.

2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə (ölümündən sonra) təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Aqşin Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox pozitiv, istiqanlı, çılğın xarakterə sahib, hər kəsin könlünü fəth etmiş Novruz həm dostları, həm qonşuları, həm də döyüş yoldaşları tərəfindən çox sevilən birisi idi. Ətrafındakı insanlarda ruh yüksəkliyi yaratmaq üçün əlindən gələni edərdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 159 saylı orta məktəb
Ali Təhsil Əmək və Sosial Münasibətlər Akademiyası
İş Yeri Abşeron Hotel
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Novruzov Şahin İsa oğlu Ana: Novruzova Elnarə Əmir qızı Bacı: Novruzova Nərgiz Şahin qızı Bacı: Meybullayeva Jalə Şahin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər