Novruzov Elvin Ziyafət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Novruzov Elvin Ziyafət

Ata adı: Ziyafət

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.23 oktyabr 2020 ildə qəhrəmancasına şəhid olmuşdur
Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılmışdır. Xidmətinə Ağcabədidə başlamışdır. Manqa komandiri olmuşdur. 2020-cil sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

Əsgər Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı, 

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz, şən, qayğıkeş, mehriban, vətənpərvər, dostluğa dəyər verən bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhər 29 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Novruzov Ziyafət Fəqarət oğlu Ana: Novruzova Gülşən Vahid qızı Bacı: Novruzova Elvira Ziyafət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər