Nuhiyev Musa Nüsrət
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nuhiyev Musa Nüsrət

Ata adı: Nüsrət

🐣
Doğum — Zaqatala Qımır kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Zaqatala Qımır kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Musa Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Musa Nuhiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Atanın dediklərinə əsasən, çox vətənpərvər, qohum-qonşu arasında böyük hörmət qazanan, mehriban bir oğul idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Zaqatala rayon, Qımır kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nuhiyev Nüsrət Süleyman oğlu Ana: Nuhiyeva Laləzar Bəhram qızı Bacı: Nuhiyeva Gülnar Nüsrət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər