Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rövşən
Nuriyev Əfqan Rövşən oğlu 11 aprel 1997-ci ildə Samux rayonu Sarıqamış kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Əfqan Nuriyev Vətən müharibəsi zamanı motoatıcı manqasının komandiri kimi hərbi xidmətini yerinə yetirib. Laçın istiqamətində döyüş yolu keçib. 3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” ”"Hərbi xidmətlərə görə", "Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nuriyev Əfqan Rövşən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əfqan cox mərd oğul olub. Xoşxasiyyətli və mehriban idi.
Ata: Nuriyev Rövşən Əmir oğlu Ana: Nuriyeva Nailə Kamil qızı Qardaş: Nuriyev Pərvin Rövşən oğlu