Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Mübariz
Hikmət Nuriyev 2002-ci il fevralın 1-də Lerik rayonunda anadan olub. Subay idi.
Hikmət Nuriyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.
Azərbaycan Ordusunun əsgəri olan Hikmət Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hikmət Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin atası Mübariz Tahirov deyir ki, Hikmət hərbi xidmətdə olan zaman onlara heç vaxt harada olduğunu deməyib. Belə telefon danışıqlarından sonuncusu müharibədən bir neçə gün əvvələ təsadüf edib: “Oğlumla axırıncı dəfə sentyabrın 5-də danışmışam. O, müharibədən, cəbhədən, ümumiyyətlə, hərbidən mənə heç bir söz deməyib. Yəni mən burda nə iş görürəm, haradayam. Heç nə demirdi. Ancaq deyirdi ki, əsgərəm, təlimdəyəm”.
Ata: Tahirov Mübariz Məmməd oğlu Ana: Nuriyeva Nargilə Şirqasım qızı Qardaş: Nuriyev Amil Mübariz oğlu Qardaş: Nuriyev Azər Mübariz oğlu