Nuriyev Nofəl Xaliq
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nuriyev Nofəl Xaliq

Ata adı: Xaliq

🐣
Doğum — Goranboy Qızılhacılı qəsəbəsi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Goranboy Balakürd kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nofəl Nuriyev 9 yanvar 1988-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra Mingəçevirdə yerləşən Tibb Kollecdə təhsil almışdır.
2011-ci ildə ailə həyatı quran Nofəl Nuriyevin Güllü və Ayşə adlı qızları və 2020-ci ilin iyun ayında dünyaya göz açmış oğlu Ali yadigar qaldı.
Kolleci bitirdikdən sonra hərbi həkimlik ixtisasına yönələn Nuriyev hərbi vəzifəsinə başlamışdır. Naftalanda, Sarıcalıda və Sarovda yerləşən hərbi və səhra hospitallarında çalışmışdır. Nofəl Nuriyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak etmiş, yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərmişdir.

Azərbaycan Ordusunun çavuşu olan Nofəl Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi həkim - feldşer kimi iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin ən qızğın nöqtələrində yaralanan hərbçilərə yardım göstərmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə-Suqovuşan döyüşləri gedişatında "Qaranlıq meşə" adlanan ərazidə hərbi tibbi vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Nuriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nofəl Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nofəl Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Səmimi, vətənpərvər, dürüst insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Goranboy rayonu, Qızılhacılı qəsəbəsi 1 saylı orta məktəb
İş Yeri Ağcəbədi Hərbi Hospitalı
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Nuriyev Xaliq Alı oğlu Ana: Nuriyeva Fatma Əbülfət qızı Bacı: Nuriyeva Xalidə Xaliq qızı Həyat yoldaşı: Həsənova Sevinc Qədim qızı Qızı: Nuriyeva Güllü Nofəl qızı Qızı: Nuriyeva Aişə Nofəl qızı Oğlu: Nuriyev Ali Nofəl oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər