Nurməmmədov Ziya Zabil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nurməmmədov Ziya Zabil

Ata adı: Zabil

🐣
Doğum — Kürdəmir Sığırlı kəndi
🕊️
Şəhadət — Füzuli Əbdürrəhmanlı kəndi
📍
Dəfn Olunduğu Yer Kürdəmir Sığırlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhid Ziya Nurməmmədov 2001-cü ildə Kürdəmirin Sığırlı kəndində anadan olub. Ziya orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Ailənin tək oğul övladı olan Ziya kəndin ən gənc şəhididir. Vətən müharibəsi başlayanda o, 3 ay idi ki, müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Ziya Nurməmmədov cəbhənin Füzuli istiqamətindən döyüşə başlayıb, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Oktyabr ayının 13-də elə orada da qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Şəhid Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ziya Nurməmmədov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Atası Nurməmmədov Zabil: Ziya sakit, tərbiyəli, sözə, məsləhətə qulaq asan uşaq idi. Onun haqqında heç kəsdən narazılıq, pis söz, şikayət eşitməmişdim. Arzularımızı, gələcəyimizi ona bağlamışdıq. Vətənpərvər oğul idi Ziya. Statuslarını izləyirdim sosial şəbəkələrdə, ancaq Şəhidlər haqqında paylaşımlar edirdi. Əsgər gedəndə sevinirdi, mən isə kövrəlmişdim. Sanki içimdə bir hiss vardı ki, onu bir daha görməyəcəyəm...Əsgərliyə getdi, müharibə də ondan sonra başladı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sığırlı kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nurməmmədov Zabil Sadəli oğlu Ana: Nurməmmədova Elnarə Suraxan qızı Bacı: Nurməmmədova Tümən Zabil qızı Bacı: Nurməmmədova Ayşən Zabil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər