Nurullayev Elnur Fərhad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nurullayev Elnur Fərhad

Ata adı: Fərhad

🐣
Doğum — Şəki Kiş kəndi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Şəki Kiş kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Qubadlı ⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nurullayev Elnur Fərhad oğlu 2000-ci il oktyabr ayının 8-də Şəki rayonunun Kiş kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.

2006-cı ildə Şəki rayon Kiş kənd A.M.Məmmədov adına 2 N-li tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 2017- ci ildə məktəbi bitirmişdir.

Elnur 08 oktyabr 2018-ci ildə Şəki rayon hərbi komissarlığından hərbi xidmətə yola düşmüşdür. Gədəbəy rayonunda ön xəttə hərbi xidmət keçmişdir. Xidmət etdiyi müddət ərzində komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır. Bir sözlə nümunəvi xidmət yolu keşmişdir. 2020-ci il apelin 20-də hərbi xidmətini başa vurmuşdur.

Ali Baş Komandanın rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq əks hücum əməliyyatı - Vətən müharibəsi başladı. “Dəmir yumruq” adlandırılan bu əməliyyat minlərlə Azərbaycan oğlunu Ali Baş Komandanın ətrafında birləşdirdi. Bu igidlərdən biri də Elnur Nurullayev oldu. O, Vətənin dar günündə illərlə qəlbində düşmənə bəslədiyi intiqam hissi ilə ana torpağın müdafiəsinə qalxdı. Müharibə başlayan ilk gündən- 29 sentyabr 2020-ci ildə Şəki rayon hərbi komissarlığından müharibəyə yollandı. Füzuli, Zəngilan, Qubadlı , Laşın istiqamətində gedən ağır döyüşlərdə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbimizin məzunu olmuş şəhid Nurullayev Elnur Fərhad oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurullayev Elnur Fərhad oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, sakit, tərbiyəli biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Aydın Məmmədov adına 2 saylı məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nurullayev Fərhad Teymur oğlu Ana: Nurullayeva Sevinc Namiq qızı Qardaş: Nurullayev İsa Fərhad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər