Nuruzadə Elşən Əlisa
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nuruzadə Elşən Əlisa

Ata adı: Əlisa

🐣
Doğum — Göyçay
🕊️
Şəhadət — Tərtər Suqovşan
📍
Dəfn Olunduğu Yer Göyçay Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elşən Nuruzadə 1996-cı il iyunun 13-də Göyçay şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Elşən Nuruzadə  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elşən Nuriyev oktyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nuruzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşən Nuruzadə ölümündən sonra "Suqovuşanın azad olunması uğrunda" medalı ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşən Nuruzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elşən Nuruzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvləri bildirir ki, vətənpərvər, sakit, tərbiyəli övlad idi. Həmişə başımızı uca edirdi. Həmişə deyirdi ki, müharibə başlasa birinci mən gedəcəm. Həmişə xəyalları, arzuları vardı. Çox mərd idi, onunla söhbət edəndə elə bil ki ağsaqqal insanla söhbət edirsən. Uzaqgörən idi, böyük ürəyə sahib idi. Heç vaxt bizi incitməyib, həmişə fərəhlənmişik onunla. Qonaqpərvər idi. Ölümdən qorxmazdı, deyirdi hamı öləcək. Gözəl xasiyyətləri saymaqla bitməz.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay şəhəri, 6 nömrəli orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nuriyev Əlisa Məmmədşah oğlu Ana: Nuriyeva Niyar Hüsən qızı Qardaş: Nuriyev Rövşən Əlisa oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər