Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Aqil
Nüsrətli Ceyhun Aqil oğlu 8 aprel 1995-ci ildə Bakı şəhəri Yasamal rayonu doğulub. Ceyhunun ailəsi Füzuli rayonunun Dilağarda kəndindəndir. Füzuli işğal olunandan sonra ailə bir müddət Beyləqandakı Xocavənd qəsəbəsində məskunlaşır.
2001-ci ildə Füzuli rayon 55 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunub.
2016-cı ildə həmin ali məktəbi bitirib.Ceyhun 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Tərxis olmağına 1 gün qalmış Vətən Müharibəsi başlayır.
Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Nüsrətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər aldığı mərmi zərbələri nəticəsində şəhid olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasın görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nüsrətli Ceyhun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Komandiri onun haqqında deyirdi ki, mahir atıcı olub, çox ürəkli cəsur döyüşçü idi. Qorxmaz idi. Böyük ruh yüksəkliyi ilə döyüşdə düşmənin üzərinə yeriyirdi.
Ata: Xaxverdiyev Aqil Nüsrət oğlu Ana: Süleymanova Nəzakət Veysəl qızı Qardaş: Nüsrətli Alim Aqil oğlu