Omarov Eşqin Nəsib
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Omarov Eşqin Nəsib

Ata adı: Nəsib

🐣
Doğum — Ağstafa Aşağı Kəsəmən kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Ağstafa Aşağı Kəsəmən kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Eşqin Omarov 10 iyul 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olmuşdur. 2009–2020-ci illərdə orta təhsil almışdır. Subay idi.
Eşqin Omarov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının sıravi əsgəri kimi iştirak edən Eşqin Omarov 17 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.  Həmin gün nəşi doğulduğu Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn edilmişdir. Vida mərasimində rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, Eşqin Omarovun ailə üzvləri və kənd sakinləri iştirak etmişlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Eşqin Omarov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz, döyüşkən insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayon S.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Omarov Nəsib Məhəmməd oğlu Ana: Omarova Yetər Bəxtiyar qızı Bacı: Kazımova Tükəzban Nəsib qızı Bacı: Batıyeva Gülnarə Nəsib qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər