Ömərov Orxan İmran
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Ömərov Orxan İmran

Ata adı: İmran

🐣
Doğum — Quba Qonaqkənd kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Quba Qonaqkənd kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Orxan Ömərov 1991-ci il oktyabrın 17-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Quba rayon Qonaqkənd qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.

Orxan Ömərov 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2013-cü ildən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Ömərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Ömərov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Quba rayonunun Qonaqkənd qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ömərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ömərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban olduqca mərd xasiyyətli olub. Boş vaxtlarında şeirlər yazıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qonaqkənd Aslan Aslanov adına kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Daxili Qoşunları
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ömərov İmran İmran oğlu Ana: Ömərova Rəna Xəlil oğlu Bacı: Qasımova Gülzadə İmran Bacı: Məmmədova Albina İmran

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər