Ömərov Qoşqar Səxavət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ömərov Qoşqar Səxavət

Ata adı: Səxavət

🐣
Doğum — Kürdəmir Şilyan (Qarasu) kəndi
🕊️
Şəhadət — Şuşa Daşaltı kəndi
📍
Dəfn Olunduğu Yer Kürdəmir Şilyan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur.

2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur.

2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq  Masazır kənd 5 nömrəli tam orta  məktəbdə  riyaziyyat müəllimi kimi  pedaqoji fəaliyyətə başlamışdır.
21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılmış, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilmişdir. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişdir. Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qoşqar Ömərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anası Omarova Rəqibə: Qoşqar 4-cü övladım, sonbeşiyim idi. Rahat, sakit uşaq olub. O vaxt dolanışığımız yaxşı deyildi. Cüzi maaşla 4 uşağı böyütmək çətin idi. Qoşqar çox dözümlü, anlayışlı, düşüncəli uşaq idi. Çox sadə, mehriban, böyüklə-böyük, kiçiklə-kiçik idi oğlum. Arzuları çox idi Qoşqarımın: Ev almaq, alimliyi qazanmaq, sonra evlənmək...İstədiyi vardı, biz tanımırdıq. Şəhid olandan sonra kənd qəbristanlığında qəbrini ziyarət edərkən gördük, tez-tez şəhərdən gəlir, ağlayır-ağlayır, gedir... Belə tanış olmaq çox ağırdı balamın istəklisi ilə. Dedim ki, bala, gəncsən, həyatını qur. Qəbul et ki, Qoşqar artıq yoxdu...Qoşqar bütün arzularımı, xəyallarımı, sevincimi, həyata marağımı özü ilə apardı...

Atası Omarov Səxavət: Mən 30 ildi müəllim işləyirəm Şilyan məktəbində. 4 övladı çətinliklə böyütmüşəm. Onlardan üçü ailə qurub, ev-eşik olub. Gözümün görəni, gələcəyinə çox böyük ümid bəslədiyim, hər işdə, hər davranışında ürəyimdən tikan çıxaran, həyatımın ən çətin dönəmlərində təskinliyim, ümidim isə Qoşqar idi. O fərqli olub. Ona dərs oxu deməmişəm. Yüksək balla ADPU-nə ödənişsiz qəbul oldu. Yay tətillərində tikintidə qardaşının yanında çalışırdı, özünə pul yığırdı, dəftər, kitabın, paltarlarını alırdı. Mən ona telefon, kompyuter almamışam, işləyib pul yığıb özü alıb. Tay-tuşları arasında hər cəhətdən savadı, davranışı, geyimi, səliqəsi, boy-buxunu, yaraşığı ilə seçilirdi Qoşqar. Evləndirmək istəyirdim Qoşqarı. “Hələ hədəfimə çatmamışam” deyirdi. Hədəfi Şəhidlik imiş...Şagirdləri kəndə qəbrini ziyarətə gəlmişdilər. Məzarından bir ovuc torpaq apardılar məktəbdə xatirə saxlamaq üçün...

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kürdəmir rayonu, Şilyan kənd tam orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət Pedaqoji Universiteti
İş Yeri Masazır kəndi, 5 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ömərov Səxavət Məmməd oğlu Ana: Ömərova Rəqibə Mehti qızı Qardaş: Ömərov Fikrəm Səxavət oğlu Bacı: Həmidova Reyhan Səxavət qızı Bacı: Zülfüqarova Leyla Səxavət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər