Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mübariz
Sərxan Ömərov 1999-cu il oktyabrın 18-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 2005-ci ildə Zaqatala rayonu Yuxan Tala kənd 4 nömrəli tam orta məktəbinə daxil olub, 2005-ci ildən 2014-cü ilə qədər həmin məktəbdə təhsil almışdır. 2014-cü ildə C.Naxçıvanski adına Hərbi liseyə daxil olub və 2017-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirib. 08.08.2017-ci ildən 30.09.2020-ci ilədək Heydər Əliyev AAHM-də təhsil alıb və həmin məktəbin Quru Qoşunlar fakultəsini Xüsusi təyinatlı texnika sistemlər ixtisası üzrə bitirmişdir. Xidmətini davam etdirmək üçün “N” saylı hərbi hissəyə göndərilir və 30.09.2020- ci ildən 04.11.2020-ci ilədək “N” saylı hərbi hissədə tank əleyhinə idarə olunan raketlər batereyasının ll tank əleyhinə idarə olunan tağım Komandiri vəzifəsinə təyin olunub və xidmət edib.
Azərbaycan Ordusunun leytenantı olan Sərxan Ömərov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sərxan Ömərov “Azərbaycan Bayrağı” ordeni ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sərxan Ömərov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, cəsur, qoçaq insan olub.
Ata: Ömərov Mübariz Rəcəb oğlu Ana: Ömərova Rəna Əsədulla qızı Bacı: Ömərova Bağdad Mübariz qızı Bacı: Ömərova Səma Mübariz qızı