Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Çərkəz
Bayram Orucov 2001-ci il fevral 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb. Subay idi.
Bayram Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi.
Azərbaycan Ordusunun əsgəri olan Bayram Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında savaşıb. Bayram Orucov oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bayram Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bayram Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvləri bildirir ki, Bayram vətənpərvər, tərbiyəli övlad idi. Onun gəlişini 10 il gözləmişik. 10 ildən sonra dünyaya gəlib. Evdə hamı onu çox istəyirdi, hamının qucağında böyüyüb. Hərbidən qayıdandan sonra oxumaq istəyirdi. Vətən adı gələndə çox qürurlanırdı, deyirdi bizədə qismət olsun döyüşək, müharibədə iştrak edək, torpaqlarımızı azad edək. Çox mərd uşaq idi.
Ata: Orucov Çərkəz Novruz oğlu Ana: Orucova Yaqut Babaş qızı Qardaş: Orucov Orxan Çərkəz oğlu