Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Yavər
Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb.
2001-2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub.
2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib. Oktyabrın 22-də Qubadlının Muradbəyli kəndinin azad olunmasında xüsusi rəşadət göstərib, öz əsgərləri ilə birlikdə erməni ordusunun 137 nəfər canlı qüvvəsini məhv edib. Bu döyüşdə Muradbəyli kəndi düşməndən azad olunsa da, mayor Elşən Orucov və 22 əsgəri qəhrəmancasına şəhid olublar.
Orduda göstərdiyi xidmətləri hər zaman ölkə başçısı tərəfindən qiymətləndirilən, xidməti dövründə “Qüsursuz xidmətə görə” lll dərəcəli, “Qüsursuz xidmətə görə” ll dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunan mayor şəhadətindən sonra da “Vətən Uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı", "İgidliyə görə" ordeni ilə təltif olunub.
Ailəli idi iki övladı var.
Mərd, cəsur, vətənpərvər, ailəsinə bağlı insan idi.
Ata: Orucov Yavər Həyat yoldaşı: Orucova Əfsənə Qızı: Orucova Aygün Qızı: Orucova Günəş