Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Qəfər
Orucov Niftalı Qəfər oğlu 12 mart 1995-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. Orta təhsilini Tovuz rayon M. Musayev adına Əlimərdanlı kənd orta məktəbində alıb. Bakı Dövlət Universitetinin Qazax Filialında ali təhsilə yiyələnib. Ali təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “zabit hazırlığı” kurslarını bitirib, “leytenant” hərbi rütbəsi ilə xidmətini davam etdirib.
Vətən Müharibəsində qəhrəmanlıqla iştirak edib, Xocavənd və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Niftalı Orucov "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Orucov Niftalı Qəfər oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Laçın rayonunda şəhid olub.
Tovuz rayonu, Qaraxanlı kənd qəbiristanlığında dəfn edilib.
Mərd, qorxmaz, cəsur insan olub.
Ata: Orucov Qəfər Hüseynalı oğlu Ana: Eynalova Telxanım Abbas qızı Qardaş: Orucov Pərviz Qəfər oğlu