Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Şaiq
Yunis Orucov 2001-ci il mayın 1-i Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmub. Ailənin ikinci övladı olmuşdur. 2007-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinin tar alətlərinin ifası bölməsinə daxil olmuşdur. Musiqi məktəbini başa çatdıran Yunis, təhsilini Salyan peşə liseyində davam etdirmişdir. Həmin liseyin kənd təsərrüfatı fermerlik peşəsin diplom və attestatla bitirmişdir.
Salyan peşə liseyində təhsilini başa çatdırdıqdan sonra 2019-cu ilin iyunun 22-si hərbi xidmətə yollanıb. Mingəçevir şəhərində N saylı hərbi hissədə vətənə xidmət edirdi. 2020-ci ilin sentyabrın 27-si Qarabağ uğrunda ikinci vətən müharibəsi başladı. Bu zaman Yunis ön cəbhəyə yollanmışdı. Talış kəndi və Suqovuşan istiqamətində gedən şiddətli döyüşdə iştirak etmişdir. 2020-ci ilin oktyabrın 14-ü Ağdam-Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Doğulub boya başa çatdığı Neftçala rayonu Aşağı Qaramanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yunis Orucov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Orucov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Yunis Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit təbiətli, hər kəslə mülayim, valideynlərinə qarşı çox diqqətli idi. Öz vətənini çox sevirdi. Uşaqdan böyüyə hər kəslə mehriban idi. Heç kimi incitmək istəmirdi. Arzuları çox idi.
Ata: Orucov Şaiq Cavanşir oğlu Ana: Orucova Lətafət Əmiş qızı Qardaş: Orucov Yusif Şaiq oğlu