Osmanlı Teymur Saday
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Osmanlı Teymur Saday

Ata adı: Saday

🐣
Doğum — İsmayıllı Cülyan kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer İsmayıllı Cülyan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Fransız dili" üzrə ali təhsil alıb. 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alırdı. Subay idi.
Teymur Osmanlı 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 1 Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü", “Suqovuşanın azad edilməsi uğrunda” və  "Xocavəndin azad edilməsi uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Teymur Osmanlı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Teymurun özündən kiçik qardaşı Samir Osmanlı qardaşı barədə xatirələrdən danışan zaman qeyd edir ki, Teymur heç zaman müharibə barədə məlumat verməzdi. O, istəməzdi ailəsi onun üçün narahat olsun. Buna görə də hər zaman danışanda “ narahat olmayın, hər şey yaxşı olacaq”-deyərdi. Qardaşı Samirin qeyd etdiyinə görə, Teymur daima söhbət edərkən Vətənə olan sevgisini, vurğunluğunu dilə gətirərmiş. Ondan geriyə qalan əşyaların arasında belə bir yazısı ilə qarşılanıb - “ Tarix məndən çox danışacaq, çünki mən tarix yazmağa gəldim”.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İsmayıllı şəhər, 1 saylı orta məktəbi
Ali Təhsil Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti
İş Yeri Bakı 50 saylı notariat ofisində baş mütəxəssis
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Osmanlı Saday Hüseyn oğlu Ana: Osmanova Rəmziyyə İkram qızı Qardaş: Osmanlı Samir Saday oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər