Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Rahib
Nəzir Osmanov 1998-ci il yanvarın 1-də Qax rayonunun Qıpçaq kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Qax rayon Qıpçaq kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.
Nəzir Osmanov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq olaraq davam etmişdir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Nəzir Osmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü olaraq iştirak etmişdir. Murovdağın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nəzir Osmanov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Qax rayonunun Qıpçaq kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəzir Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəzir Osmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəzir Osmanov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətənpərvər, ailəcanlı, dostcanlı insan olub.
Ata: Osmanova Rahil Nəzir oğlu Ana: Osmanova Aru Hilal qızı Bacı: Osmanlı Nərmin Rahil qızı Qardaş: Osmanlı Pərviz Rahib oğlu