Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elşad
Nizami Osmanov 29 mart 2002-ci ildə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur. Subay idi.
Nizami Osmanov 2020-ci il aprelin 1-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə, Goranboy rayonunun Ballıqaya kəndində, sonra Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Nizami Osmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rabitəçi kimi qarşı tərəfin texnikalarını məhv etmişdir. Nizami Osmanov minaatandan açılan atəş nəticəsində ağır yaralanmış, 13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nizami Osmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anası Osmanova Axırə: Nizami mənim hər şeyim idi. Mən çox tez – 17 yaşında ailə qurmuşam. Xoşbəxtliyin nə olduğunu isə o doğulanda anladım. Nizami çox ağıllı, sakit, tərbiyəli, ailəcanlı, evə, ailəyə bağlı uşaq idi. Hər uşaqla dostluq etməzdi. Onun dostu mən idim. Hər sözünü mənə deyərdi. Müharibə başlayanda 3-4 gündən bir bizimlə danışırdı. Elə ümidlə, ürəklə danışırdı ki, tam əmin idim ki, hər şey yaxşı olacaq, balam salamat gələcək. Şəhid olmazdan bir gün əvvəl zəng eləmişdi. Dedi ki, ana mən çox gözəl yerdəyəm. Yerim çox yaxşıdı, sakitlikdi, necə lazımdırsa qulluq edirəm. Siz heç narahat olmayın, özünüzü qoruyun! Özündən, atamdan, qardaşımdan muğayat ol – deyib bizi sakitləşdirdi. Hətta axşam bir də zəng vurdu. Heç vaxt bir gündə iki dəfə zəng eləməyib. Dedi ki, ana, yaxşı yerə gəlib çıxmışıq. Sən demə, yaxşı yer dediyi şəhadət yeri imiş, cəbhənin ən qaynar nöqtəsi imiş. Özü körpə olmasına baxmayaraq mənə, atasına təskinlik, verirdi. Həmin gün bizimlə vidalaşırmış.
Atası Osmanov Elşad: Əsgərlərin içində ən kiçiyi Nizami idi. Ona görə əsgər yoldaşları ona balaca deyə çağırırdılar. Əsgərlikdən sonra da hərbiçi kimi xidməti davam etdirmək istəyirdi. Müharibə başlayanda Talış kəndinə gediblər və oradan döyüşə giriblər. Oktyabrın 14-də Suqovuşanın azad olunması uğrunda bölüyü ilə birgə Şəhid olublar. Qələbədən sonra əsgər yoldaşları, komandiri çox zəng vurdular, təskinlik verdilər: - Şəhidlərimizin, oğlunuzun qisasını aldıq, - dedilər. Sonradan komandiri də, əsgər yoldaşları da bizə gəlmişdilər. Nizami haqqında o qədər yaxşı sözlər danışdılar ki, oğlumla fəxr elədim.
Ata: Osmanov Elşad Nizam oğlu Ana: Osmanova Axırə Orucalı qızı Qardaşı: Osmanov Nicat Elşad oğlu Qardaşı: Osmanov Osman Elşad oğlu