Osmanov Orxan Mənsur
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Osmanov Orxan Mənsur

Ata adı: Mənsur

🐣
Doğum — Xaçmaz Xudat şəhəri
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Xaçmaz Mürşüd Oba kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Orxan Osmanov  25.11.1999-cu ildə Xaçmaz rayonu Murşudoba kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Osmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. 01.10.2020-ci ildə Talış Suqovuşan istiqamətində nəticəsində şəhid olub

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Orxan Osmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidin ailə üzvlərinin bildirdiyinə görə Orxan vətənpərvər, döyüşkən oğul olub. Vətənə olan bağlılığı onu yenidən orduya qaytardı. Müharibə zamani baş atıcı kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib və orada da qəhrəmancasına şəhid olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz rayonu, Mürşüdoba kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Osmanov Mənsur Fizuli oğlu Ana: Şahbazova Yeganə Məhəmməd qızı Bacı: Şahbazova Əfsanə Mənsur qızı Qardaş: Osmanov Mürsəl Mənsur

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər